Bakı Uşaq və Gənclər Teatrının “Sözün nizamı” festivalı davam edir

Bakı Uşaq və Gənclər Teatrı “Sözün nizamı” adlı bədii qiraət festivalı keçirir.

Etmtv. news xəbər verir ki,  “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan sayca beşinci festival dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edirlər. Aktyorlar tərəfindən təqdim olunan videomateriallar Bakı Uşaq və Gənclər Teatrının “Youtube” kanalında (https://bit.ly/3bjk4Jv) yerləşdirilir.

Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndiriləcək.

Festivala 10 mart – Milli Teatr Günündə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.