“Bakı Gənclər Debat Forumu: Yaz, 2022” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Bakı Gənclər Debat Forumu” layihəsinin qrup və seçmə oyunları baş tutub.

Forumda 17 ali təhsil müəssisəsini təmsil edən 52 komanda və ümumilikdə 500-ə yaxın gənc iştirak edib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Forumun açılış nitqini etdikdən sonra iştirakçılara uğurlar arzulayıb və “Bakı Gənclər Debat Forumu”na hazırlıq prosesi üçün 30-dan çox debat təlimləri, debat klubların mövzu üçün hazırlıq görüşləri, 17 daxili turnir təşkil olunduğunu,ən yaxşı komandaların iştirak haqqı qazandığını vurğulayıb.

Azərbaycan və rus bölməsi üzrə 52 komandanın “Erkən nikahların qarşısının alınmasında ailənin rolu” mövzusunda 48 debat oyunu keçirilib.

“Bakı Gənclər Debat Forumu: Yaz, 2022”-nin final mərhələsinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hələ də ehtimal var” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Dollara Manat” komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaqdır.

Layihənin təlimlər və regional forumları “Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Biləsuvar, Şirvan, Ağdam, Mingəçevir, Şəki, Gəncə şəhərlərini əhatə edir.

Surayə Rzayeva,
İctimaiyyətlə Əlaqələr üzrə menecer.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.