Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir, ümumxalq bayramıdır. Qədim tarixi olan Novruz bayramını xalqımız böyük təntənə ilə qeyd edir. Bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmlənməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi, yeni ruh yüksəkliyi, coşğu və yeni ümidlərlə işə başlaması üçün sağlam bir təməldir.
Novruz bayramı artıq 2-ci ildir ki, həm də Zəfər tonqalının alovlandığı Qələbə bayramı kimi qeyd olunur. 30 il həsrətlə gözlədiyimiz Novruz adətlərimiz Qarabağda qeyd olunur, doğma Şuşamızın qoynunda igid əsgərlərimiz Zəfər tonqalları alovlandırır, Şuşada Novzuz süfrələri açılır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə də Novruz səmənisi ətrafında arzu və dualarımız oxunur, Novruz xonçası bayrama xüsusis rənagarənglik gətirir. Qarabağda daha Xarı bülbülün də nisgili yoxdur, Novruz səmənisi də Qarabağda boy atır.
Bu gün Şuşa, Ağdam, Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut, Kəlbəcər, Laçın və digər azad olunmuş torpaqlarımızda xoş Bahar ovqatı yaşanaır, azadlığına qovuşmuş torpaqlarımızda Novruzun gətirdiyi əsil oyanış başlayıb, quruculuq və doğma yurdun bərpası oyanışı genişlənib.
Novruz sevinc və yeni həyat gətirən, qəlbləri sevindirən, insanları bir araya gətirən milli birlik rəmzidir. Novruzlu günlərimizdə Qarabağa Böyük Qayıdış başlayır, bundan sonra bu torpağın sakinlərin də Novruzu öz ocaqlarında qeyde edəcək, Bayram tonqalı ətrafında toplaşacaqlar.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid övladlarımızın əziz xatirəsini bu bayram günlərində yad edir, Onların ailə üzvlərinə dərin minnətdarlığımı bilririrəm. Cəsur qazilərimizə və Qarabağ döyüşlərində iştirak etmiş hər bir Vətənpərvər igidimizi bu əziz baydam günündə bağrıma basır, onlara ən xoş arzularımı çatdırırıam. Sizlərin hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Əziz həmvətənlərim, Həmrəyliyimizin, Birlik və qardaşlığımızın, bərəkər-ruzi rəmzi olan Novruz Bayramınız mübarək olsun! Bu əziz bayram hər bir evə, hər bir ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.