Bəli, eynən bunun kimi özünü jurnalist adlandıran…

Sosial şəbəkələrdə jurnalist-vətəndaş münasibətlərinə həsr olunan onlarla yazılara rast gəlmək mümkündür. Adətən. jurnalistlər şantaj etmək istədikləri insanlar haqqında müxtəlif fikirlər irəli sürür, cəmiyyəti təmsil edən vətəndaşlar isə bu yazarları (əgər yazardırsa) tənqid obyektinə çevirdikləri insanlar haqqında yazılar hazırlayarkən daha diqqətli və obyektiv olmağa,  jurnalist etikasına riayət etməyə səsləyirlər. Hərçənd, əgər jurnalist insanlarla münasibətdə kobuddursa və etikaya yaraşmayan sözlər və ifadələr, söyüşlər işlədirsə, demək o, artıq jurnalist deyil… allah bilir kimdir. 

Bununla belə, bu mübahisələr daha da qızışdırıcı xarakter alaraq, cəmiyyətin diqqətini özünə cəlb etməkdədir. Belə jurnalistlərin sayı o qədər çoxdur ki. cəmiyyət artıq düşünməyə başlayıb – bəlkə əsl jurnalistika elə budur?!. Necə deyərlər-Aşıq gördüyünü çağırar!

Sosial şəbəkələrdə çıxışların biri GDU-nun kafedra müdiri Elçin Cavadov tərəfindən edilmişdir. Onun yazdıqlarına hörmətlə yanaşaraq fasebook səhifəsində yer alan statusu olduğu kimi diqqətinizə çatdırırq. Yəqin ki, bu günün tənqid obyektinə çevrilən həmin yazarlar bu yazını oxuyub bir az da olsa xəcalət çəkəcəkdir.

…Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk həmişə azad medianın dəstəkçisi olub, amma hər quruluşda olduğu kimi, onun da müxtəlif zamanlarda azad media ilə başı dərddə olub. Türkiyə Cümhuriyyətinin ilk illərində bir jurnalist Atatürkü çox tənqid edir. Hətta təhqirə varacaq dərəcədə. Bir neçə dəfə bu dalbadal təkrar olunur. Durum dəyişir, Atatürkün ətrafı Paşanın bundan narahat olduğunu hiss edirlər. Dərhal “yıxım ekibi” hərəkətə keçir. Mustafa Kamal Paşa öyrənir ki, jurnalistə qarşı ciddi tədbirlər hazırlanır. Dərhal, bu işlərlə məşğul olan “Kılıç Əli”ni yanına çağırır və qətiyyən jurnalistə qarşı güc tətbiq etməməyi tapşırır.“Kılıç Əli” deyir: “Rahatsız olmayın, Paşam, məsələ bu dəfə tamam başqa cür həllini tapacaq”. Aradan bir neçə müddət keçir. Atatürk ölkə qurur, Cümhuriyyət yaradır və bu hadisə bir müddət unudulur. Bir müddətdən sonra Mustafa Kamal Paşa “Kılıç Əli”ni yanına çağırır və ömrünü-gününü zəhər edən jurnalist haqqında soruşur. “Paşam, əvvəlcə jurnalistlə dost oldum, sonra bu dostluqdan istifadə edərək onun bütün problemlərini həll etdim, nəhayət, adamı sərvət sahibi etdim. İndi artıq o, itirəcəyi çox şeylərinin olduğunu bilir və öz işləri ilə məşğuldur…” deyir “Kılıç Əli”.

Bəli, eynən bunu kimi özünü jurnalist adlandıran,amma bu peşədən tam uzaq olan “DOĞRU YOL CAVİD” adlı birisi jurnalistlikdən yavaş-yavaş oliqarxlaşmağa doğru yol alıb.Başına da özü kimi əqidə sahiblərini yığıb, Bakıda, “20 Yanvar”da “Sürücü kafesi”ndə yığışıb,müxtəlif strukturlara və vəzifəli şəxslərə böhtan atmaqla məşğuldur, onu-bunu hədələməklə pul qazanmaq istəyir. Belələri pul qazanmağa başları qarışarkən, jurnalist peşəsinin bütün prinsipləri də sıradan çıxır. Bu özünü jurnalist adlandıran şəxs bir neçə sayt işlədir. Saytının yuxarı hissəsində “haqqımızda” sözünü “haqımızda” kimi yazıb,saytlarının heç birinin emaili belə yoxdur.Hər iki saytda əlaqə yerində yalnız sonuncu rəqəmləri bir-birindən fərqlənən telefon nömrəsi qoyub.Saytın ünvanı, redaktoru,hətta təsisçisinin adı belə yoxdur.

Bir neçə gün bundan qabaq bu adam Gəncə Dövlət Universiteti ilə bağlı öz saytında təsəvvur edilməz dərəcədə böhtanlar uydurub.Ali məktəblərdə qış imtahan sessiyası yanvarda başlayacaq,amma bu indidən proqnoz verir.

Onun cızmaqarasindan sitat:”….. Dünən isə növbədənkənar Elmi Şura çağıran rektor dekanlara ciddi şəkildə tapşırıb ki, rüşvət qəti ola bilməz və imtahanların sualları cavabıyla bir yerdə tələbələrə paylanmalıdır”. Ardınca isə iddia edir ki,rektor bunu yalandan deyir,onsuz rüşvət alır.
Bu “məntiq dağarçığı” anlamır ki,əgər test suallarının doğru cavabı tələbələrə paylanıbsa,tələbə bu 300-500 sualın cavabını əzbərləyib imtahandan qiymət alacaq,daha niyə rüşvət verməlidir ki???

Bu və diğər yazılan böhtanlarla bağlı bu böhtançının saytda göstərdiyi nömrəsinə zəng etdim.Əvvəl telefonu açmadı,bir neçə dəqiqədən sonra özü zəng etdi.Gəncə Dövlət Universiteti ilə bağlı zəng etdiyimi deyən kimi özünün olmayan şəxsiyyətinə yaraşan çox kobud söyüşləri universitet rəhbərliyinin ünvanına yağdırdı.Deyir ki,səni tanıyıram,sən obyektiv adamsan,amma onları……… Ara vermədən çox pis söyüşlər söyərək,cavabımı belə gözləmədən telefonu söndürdü. Daha bu söyüş dağarçığı bilmədi ki,onun 050 247 …. 11 nömrəli telefonu ilə dediyi söyüşlər yazılıb.İndi bu səs yazısını aidiyyəti orqanlara,o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəm.Qoy bu məsələlər araşdırılsın.

P.S. Mənim dostluğumda qələmlərinə və özlərinə böyük hormət bəslədiyim jurnalist dostlarım var. Onlar jurnalist kimi şərəfli peşəyə ləkə gətirən bu “söyüş dagarçığını” yəqin ki, tanıyıb bu sözləri ona çatdıracaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.