Azərbaycanın xalq yazıçısı Cəlil Məmmədquluzadə

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 08.02.19-cu il tarixində” Azərbaycanın xalq yazıçısı Cəlil Məmmədquluzadə” başlığı altında Görkəmli yazıçının 150 illik yubileyinə həsr olunmuş söhbət keçirdi. Tədbiri giriş sözü ilə filialın müdiri Elza Əliyeva açaraq görkəmli ədib Cəlil Məmmədquluzadə haqqında məlumat verdi.

Gəncə şəhər 13 saylı orta məktəbin kitabxana müdiri Ruziyə Abbasova Cəlil Məmmədquluzadənin həyatı haqqında geniş danışdı.

Kitabxanaçı Nərgiz Məmmədova Cəlil Məmmədquluzadənin 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı haqqında ətraflı məlumat verdi. Nərgiz Məmmədova çıxışında bir sıra kiçik hekayələri “Kişmiş oyunu” komediyası və “Danabaş kəndinin əhvalatları” povesti oxucuların sevərək oxuduqları əsərlər olduğunu bildirdi.

Sonra isə 19 saylı kitabxananın fəal oxucuları Sevil Əliyeva və Cavid Məmmədov Cəlil Məmmədquluzadənin əsərləri haqqında fikirlərini bildirdilər. Oxucu Fizuli Əliyev Cəlil Məmmədquluzadənin ”Poçt qutusu”, “Qəm pəncərəsi”, “Priverdinin xoruzu”, “Anamım kitabı”, “Sirkə “ əsərlərinin tərbiyəvi əhəmiyyətindən danışdı.

Oxucu Aminə Əliyeva Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri haqqında maraqlı məlumatlar verdi.

Tədbirin sonunda 19 saylı kitabxanada görkəmli ədibin yaradıcılığına həsr olunmuş kitab sərgisi nümayiş etdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.