Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsidir.

Etmtv. news xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev  Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

H.Hacıyev bildirib ki, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.