Azərbaycanın milli maraqlarını təmin edən möhtəşəm siyasət kursu

… Yola saldığımız 2019-cu ili Azərbaycanın ictimai-siyasi həyatı və beynəlxalq münasibətlər baxımından olduqca uğurlu hesab etmək mümkündür.
… Respublikamız yerləşdiyi regionda cərəyan edən mürəkkəb ziddiyyətli proseslər şəraitində Prezident İlham Әliyevin rəhbərliyi ilə uğurlu siyasət nəticəsində daxili sabitliyi və inkişaf dinamikasını təmin edib. Azərbaycanın inkişafının dayanıqlılığının təmin olunmasında ən mühüm amil möhkəm və dönməz sabitliyin qoru nub saxlanılmasıdır. İqtidar‐Xalq birliyi bu sabitliyi daha da möhkəmləndirərək siyasiiqtisadi, sosial uğurlara dərin əsaslar yaradıb.
… Azərbaycan 2019-cu ildə Siyasi Lideri, Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış uğurlu xarici siyasət xəttini davam etdirməklə beynəlxalq mövqeyini gücləndirib. Dövlətimizin başçısı möhtəşəm xarici siyasət diplomatiyası sayəsində dünya xəritəsində öz layiqli yerini daha da möhkəmləndirib.
… Prezident İlham Əliyevin yürütdüyü Azərbaycanın milli maraqlarını təmin edən müstəqil, çevik və möhtəşəm xarici siyasət kursu xarici dövlətlərlə yüksək səviyyəli görüşlərin, siyasi dialoqun güclənməsinə, ikitərəfli sıx əlaqələrin möhkəmlənməsinə dərin töhfə verib. Respublikamızın beynəlxalq əlaqələri genişlənib, regional və dünya miqyasında ölkəmizin milli maraq larını təmin edən praqmatik, qətiyyətli siyasət həyata keçirilibdir. Prezident İlham Әliyev bir çox xarici ölkələrə səfər edib, dövlət və hökumət başçılarını Bakıda qəbul edib. Dövlət başçısının xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbayca nın siyasətinin kifayət qədər uğurlu, düşünül‐ müş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini təsdiqləyib.
… Azərbaycan Prezidentinin ötən il beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq tə.kilatların rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizin dünyada etibarlı tərəfdaş kimi mövqeyini və nüfuzunu artırıb.
… Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həddindən artıq prinsipial, dönməz və inadlı mövqeyini daha da möhkəmləndirib. Onun Ermənistanın işğal siyasətinə qarşı sarsıdıcı siyasi diplomatiyası rəsmi İrəvanla yanaşı, arxasında dayanan qüvvələrə də ünvanlanıb. 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında və 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Sammitindəki işğalçıya və işğala siyasi-hərbi dəstək verənlərə sərt sillə təsiri bağışladı.
… Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi və Hərəkata 2019-2022-ci illər üzrə Sədrliyin Azərbaycana həvalə edilməsi Cənab İlham Əliyevin təşəbbüskarlığının və Azərbaycana olan güclü beynəlxalq etimadın nümunəsi hesab edilə bilər.
… Dünyanın ən mötəbər təşkilatlarının sammitləri, zirvə görüşlərinin Azərbaycanda keçirilməzi Onun siyasi nüfuzunun göstəricisidir. BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və Sədrliyin 3 il müddətinə, 2022-ci ilədək Azərbaycana keçməsi isə Prezident İlham Əliyevin Gücü və Ona olan Beynəlxalq Etimadın nümunəsidir.
… Azərbaycan Prezidentinin 2019-cu ilin noyabr ayında Türkiyəyə səfəri çərçivəsində TANAP kəmərinin Türkiyə ilə Avropanı birləşdirən hissəsinin açılış mərasimində iştirak etməsi ötən ilin ən əlamətdar iqtisadi‐siyasi hadisəsi kimi tarixə düşdü.
… Azərbaycan Prezidentinin yürütdüyü çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır.
… Bu gün Azərbaycan öz güclü lideri İlham Əliyevin yürütdüyü strateji diplomatiyanın və uzaqgörən praqmatik xarici siyasət sayəsində regionda liderliyini daha da gücləndirir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.