“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsi elan olunur

Etmtv. news xəbər verir ki,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti  18-29 yaş kateqoriyasında olan gənc, istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edib.

Milli naxış və ornamentlər mövzusuna həsr olunan  müsabiqə gənc, istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları  tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü,  ənənə və dəyərlərimizi yaşatmaq məqsədini daşıyır.

Müsabiqədə iştirak etmək arzusunda olanlar  ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə 15 fevral 2019-cu il tarixinədək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər.

I, II, III yer üzrə müsabiqə qalibləri pul mükafatı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş diplom və sertifikatlarla təltif olunacaqlar.

Əlaqələndirici şəxslər : Vüqar Məmmədov (012) 498 19 94,

Elvira Məmmədova (050) 342 00 43.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.