Azərbaycanın həyatında yeni Era başlayır

… Bu gün müstəqillik tariximizin suveren Azərbaycanı ilk dəfə olaraq öz bütöv ərazilərində Prezidentini seçdi. Xalqımız bu seçkilərə əsil bayram əhval-ruhiyyəsi ilə gedərək seçkiyə xüsusi rəngarənglik gətirdi.
… Seçki fəallığının 70 faizdən çox olması Ümumxalq seçkisinin baş tutduğunu göstərdi.
… Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzuli bu gün Zəfərin ən şanlı səhifəsini yazdı, Müzəffər Prezidentinin yeni Zəfər tarixini yazdı.
… 7 Fevral seçkisi ən gur, ən ALİ seçki oldu.
… Seçkilərin rəsmi nəticələri elan olunmasa da, ABŞ-nin “Oracle Advisory Group” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi YAP-ın namizədi Cənab İlham Əliyevə səs verib. Eləcə də Sosioloji Tədqiqatlar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi və digər sorğu mərkəzlərinin nəticələrinə əsasən, İlham Əliyev 92-93 faiz səslə qalib gəlib.
… Sözsüz ki, İlham Əliyevin qalib gələcəyinə şübhə yox idi, Xalq onu seçki qutusunda deyil, Qəlbində daimi seçmişdi.
… Zəfərdən İlhamlanan Xalq 2020-ci il 10 noyabrda Zəfər sevincini qeyd etmək üçün küçə və meydanlara, parklara çıxaraq bayram etdiyi kimi indi eyni xoşbəxt dəqiqələri yaşayır.
… Bu gün Azərbaycan 7 Fevral Zəfərini, Qələbə Paradını qeyd edir.
… Tarixi Qaliblər yazır, tarixi İlham Əliyev yazır.
…. Azərbaycanın həyatında yeni Era başlayır…
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.
Bir 1 nəfər və mətn şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.