İyunun 28 dən 30-dək MAGİYA ictimai birliyi tərəfindən Lənkəranda yerləşən “Palıdlı Sahil” İstirahət Mərkəzində ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 15 yaşayış məntəqəsindən (Astara, Bakı, Cəlilabad, Göygöl, İsmayıllı, Kürdəmir, Qax, Quba, Lənkəran, Naftalan, Sumqayıt, Şəmkir, Yardımlı, Yevlax, Zaqatala) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr və infoturlar) keçirilməsinə başlanılmışdır. Nəzəri-praktik konfransda müxtəlif etnik qrupların nümayəndələrindən (Lahıclılar, avarlar, tatlar, ləzgilər, almanlar, kürdlər, talışlar və qərbi azərbaycanlılar) ibarət 9 nəfər qız və 16 nəfər oğlan iştirak etmişdir. Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında multikulturalizm və tolerantlıq sahəsində bir çox mövzuların: “Azərbaycanda yaşayan milli azlıqlar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirələrin olundu və 3 günlük tədbir ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi, habelə Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturlar təşkil olunmuşdur.
“Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində
