Azərbaycan Dövlət Aqrar Universiteti sizi “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edir.
Konfransın məqsədi: Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq inkişafının müasir səviyyəsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi, tətbiq olunan innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərini müzakirə etməklə, bu sahənin daha innovativ əsaslarla inkişafına dair səmərəli təkliflər verməkdən ibarətdir.
Konfransın bölmələri:
-Pambıqçılıqda innovativ texnologiyalar
– Pambıqçılığın inkişafı üzrə institusional tədbirlər
-Pambıqçılıq sahəsində elmi təminat və kadr potensialının gücləndirilməsi
-Pambıqçılığın infrastruktur təminatı
-Pambıqçılıq sahəsində dövlət dəstəyi tədbirlərinin səmərəliliyi
-Pambıqçılıqda marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi
-Pambıqçılığın inkişafında beynəlxalq təcrübə
Konfransın dili: Azərbaycan
Konfransın keçirilmə tarixi:5 dekabr 2019-cu il.
Məqalələrin göndərilməsi üçün son tarix: 25 noyabr 2019-cu il.
Məruzə mətnlərinin tərtib olunmasına dairtələblər:
Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycandilində (çap və elektron variantda) qəbul olunur; Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü – 12 pt., interval – 1, abzas – 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan – 30 mm, sağdan, yuxarı və aşağıdan – 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval – 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivli kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval – 1).
Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədəbiyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.
Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.
Tel: (+99422) 266 23 85; 256 57 33
E-mail:elm.sh.adau@gmail.com