Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev son günlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi gənc yazarlardan olan Fuad Cəfərli, Emil Rasimoğlu və Tural Turanın namizədliklərini elan edəcəkləri ilə bağlı verdikləri bəyanata münasibət bildirərək onların fikirlərini müdafiə etdiyini deyib.
Teatrşünas-tənqidçi Anar Burcəliyev “Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi gənc yazarlardan olan Fuad Cəfərli, Emil Rasimoğlu və Tural Turanın namizədliklərini elan edəcəkləri ilə bağlı verdikləri bəyanatı Azərbaycan ədəbiyyatında yeni fikrin formalaşması və inkişafı baxımından uğurlu bir addım olduğunu düşünürəm.” – söyləyib.
Onun sözlərinə görə, 1991-ci ilin martından Azərbaycan Yazıçılar Birliyinin (AYB) 9-cu qurultayında sədr olaraq seçilmiş və 28 illik bir müddət ərzində fəaliyyət göstərən hörmətli yazıçımız olan Anarın artıq bu postu təhvil verməsi vaxtı çoxdan catıb. Azərbaycan ədəbiyyatında şair, dramaturq, senarist, tərcüməçi olaraq roman, pyes və hekayələrin müəllifi kimi tanınan, xalq yazıçısı olan Anarın bu illər ərzində AYB-nin sədri olaraq göstərdiyi fəaliyyəti heç də uğursuz adlandırmazdım. Ancaq artıq bu sahədə də böyük yeniliklər etməyin vaxtı çoxdan yetişib. Sovet post məkanının senzurasının yeni dövrə daşınması və idarəetmədəki “aşırı ehtiyatlılıq” gedişləri bu günki dövürlə həqiqətdə də uyğunlaşmır. Şəxsən mən namizədliyini irəli sürmək niyyətində olan Tural Turanın “Müstəqillik dövrünün Yazıçılar Birliyinə daha cəsarətli addımlar atacaq bir idarəçiyə ehtiyacı var” fikirləri ilə tam razı olaraq yeni gənc nəslin daha enerjili və daha dinamik addımlar ata biləcəyinə güvənirəm. Ədəbiyyatımızda yeni fikirlərin və ideya baxışlarının formalaşmasında gənclərin fəaliyyətinə daha çox önəm verilməsinə ehtiyac var. Məncə namizədliklərini irəli sürmək niyyətində olan gəncləri AYB-nin şura üzvlüyündən çıxarılmaları ilə hədələməkdənsə, isteadadlı və yeni düşüncə tərzinə malik gənclərə yol vermək, onların ideya-bədii təfəkküründən formalaşmaqdan əsla qorxmaq lazım deyil. Nə vaxta kimi xırda mənafelər kimi xoşagəlməz hallara görə gənclərin fəaliyyətinə kölgə salmaqla onların fikirlərinin formalaşmasına mane olmaqla məşğul olacıq?Məncə artıq menkontil düşüncə tərzini kənara qoyub, şəxsi ambisiyalardan uzaqlaşıb Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı zamanıyeni düşünən zəkaya, uğurlu gələcəyə səs verməliyik – deyərək teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.