Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra ilk olaraq onun müstəqilliyini 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyətinin tanıması qardaşlıq və birliyin əsasını təşkil etdi.Sonrakı mərhələlərdə də bu qardaşlıq nümunəsi digər dövlətlərə örnək olmuşdur. Bu iki qardaş dövlətin münasibətləri möhkəm təməllərə malikdir.Çünki bu təməllərin möhkəmlənməsində Ulu Öndər,Ümummili Lider Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi dahi şəxsiyyətlərin böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ,Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” kəlamları bütün türk dünyasında dillər əzbəri olmuş və iki xalqın bir birinə sıx şəkildə qaynayıb qarışmaları üçün çox böyük əhəmiyyətləri olmuşdur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin xarici siyasəti nəticəsində Azərbaycan və Türkiyə münasibətləri öz dövrünün ən yüksək mərhələsinə qədəm qoydu.İki dövlət arasında hər bir sahədə qarşılıqlı əlaqələrin inkişaf etməsi və hər iki dövlət üçün çox böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və həmçinin də digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynamaqdadır.
“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” bu fikirləri səsləndirən cənab Prezident İlham Əliyev bir daha Azərbaycan və Türkiyə dövlətlərinin arasına heç bir 3-cü dövlətin girə bilməyəciyini, zaman keçdikcə bu iki qardaş dövlətin daha da möhkəm bağlarla bir birinə bağlanacağını və hər iki dövlətin gələcək inkişafında qardaşlığın və birliyin çox böyük əhəmiyyəti olacağını qeyd etmişdir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.Prezident İlham Əliyev həmişə Türkiyənin nümayəndələrinin olmadığı Beynəlxalq tədbirlərdə Türkiyə əleyhine hər hansısa bir fikir səsləndirən olduqda onların cavabını Türkiyə burda yoxdur mən varam,Azərbaycan var deyə vermişdir.Bu mesajlar bütün dünya dövlətlərinə Azərbaycanın və Türkiyənin bir birinə necə möhkəm bağlarla bağlı olduqlarını, qardaşlıqın və birliyin sözdə yox əməldə olduğunu göstərmişdir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı birmənalı olaraq dəstəkləyən Türkiyə dövləti daim öz qardaşının yanında olduğunu və işğal altında olan torpaqlarımızın azad olunması üçün nə lazımdırsa edəcəyini, sona qədər Azərbaycanı dəstəkləyəcəyini bütün dünya dövlətlərinin qarşısında açıq şəkildə bəyan etmişdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və dönməz addımları bütün dünya dövlətlərinə Azərbaycanın tək olmadığını və bu mübarizədə Türkiyənin var gücülə öz qardaşının yanında olduğunu göstərdi.
Rəcəb Tayyib Ərdoğanın “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” mesajı hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”. Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı və birliyi!
Sənan Səmədov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Təşkilat sektorunun baş məsləhətçisi.