Azərbaycan Texnologiya Universitetində elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Keyfiyyətli və inkluziv elmi təhsil” adlı elmi-nəzəri konfrans keçirilib. Şəhər miqyaslı tədbir “Elm günü”nə həsr edilib.

Konfransda şəhərin elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən, elmin bugünkü potensialından, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müşahidə edilən müsbət dinamikadan danışıb.

Konfrans zamanı “Elmi dəyərlər Şərq və Qərb kontekstində”, “Dünya elminin müasir problemləri”, “İnkluziv elmi təhsil”, “İnteraktiv təlim metodlarının keyfiyyətli elmi təhsildə rolu”, “Keyfiyyətli bakalavr təhsili” başlıqları ilə panel çıxışlar səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.