Azərbaycan Texniki Universitetinin professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa edib

Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov Türkiyənin “İzmir” telekanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar və düşmənçilik siyasətindən danışıb.

Professor Ermənistanda vaxtilə Hitlerə xidmət etmiş Qaregin Njdenin (Ter-Arutyunyan) faşist ideologiyasını dövlət ideologiyası səviyyəsinə qaldırmasını tarixi faktlar və elmi əsaslarla sübut edib.

Əyyub Kərimov, həmçinin İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olduğunu, ermənilərin bu torpaqları hansı vasitələrlə ələ keçirməsini bir daha tamaşaçıların diqqətinə çatdırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.