Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sanballı töhvə

Məlum olduğu kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Azərbaycanın Birinci xanımı bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülmüşdür.
… Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlıq inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur.
… Heydər Əliyev Fondu 15 ilə yaxındır ki, Rusiyada bir sıra xeyriyyə aksiyaları keçirir, mədəni tədbirlərin təşkilatçısı kimi çıxış edir. Moskvada Azərbaycan məktəbinin açılması, təhsil və mədəniyyət müəssisələrinə maddi dəstəyin verilməsi, digər humanitar proqramların gerçəkləçməsi ildən-ilə artmaqdadır.
… Son illərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Mehriban Əliyevanın diplomatik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Onun təşəbbüsü ilə həyata keçirilən sosial-mədəni tədbirlər, mədəniyyətlərarası dialoq təşəbbüsləri rəsmi Moskva ilə əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynamışdır.
… Mehriban xanım Əliyeva xeyriyyəçilik, humanitar və ictimai fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə dəfələrlər Rusiyanın ən ali mükafatlarına layiq görülmüşdür. Onun “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni və digər mükafatlarla təltif edilməsi zəngin ictimai fəaliyyətinə verilən yüksək dəyərdir.
… Onun Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunması növbəti beynəlxalq ictimai titul hesab oluna bilər. Bu təltiflərin hər birinin arxasında prinsipiallıq, xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, bəşəriyyətə sevgi dayanır.
… Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəni-humanitar, diplomatik fəaliyyəti Azərbaycanla müxtəlif ölkələr arasında münasibətlərin genişlənməsinə, zəngin humanitar dostluq platformasının möhkəmlənməsinə dərin töhfə verməkdədir. Onun bu zəngin fəaliyyəti Azərbaycanın deyil, dünyanın mədəniyyət və humanitar əlaqələrinə yeni rəngarənglik, fəqrlilik, estetika, dizayn gətirmişdir.
… Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər Onun ictimai-siyasi məsələlərdə kifayət qədə fəal və prinsipial olmasından xəbər verir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.