Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Ramazan bayramının namazı martın 30-da saat 08:00-09:00 aralığında qılınıb.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Dövlət başçısının paylaşımında deyilir:

“Əziz bacı və qardaşlarım!

Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!”.

Bir mətn şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.