Azərbaycan Pedaqoji İctimaiyyətinə ağır itki üz vermişdir.

Azərbaycan Pedaqoji İctimaiyyətinə ağır itki üz vermişdir.
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Mirzəyev Səyyad Müseyib oğlu Bakı şəhərində qəflətən vəfat etmişdir. Tarix elmləri namizədi, dosent Mirzəyev Səyyad Müseyib oğlu 1941-ci il mart ayının 22-də Naxçıvan MR-nın Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşdur. 1960-cı ildə orta məktəbi bitirmişdir. 1964-1968-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, təhsil illərində fəallıq göstərərək qrup nümayəndəsi olmuşdur. Təyinatla Kirovabad Dövlət Pedaqoji İnstitutuna göndərilmişdir. 1968-ci ildən fasiləsiz olaraq taleyini Gəncə Dövlət Universiteti ilə bağlamışdır (Respublika Təhsil Nazirinin göndərişi ilə 1968-ci ildə Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir). 1981–ci ildə tarix elmləri namizədi elmi dərəcəsi, 1985 -ci ildə isə dosent elmi adı almışdır. 1994-1997–ci illərdə Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2002-2012 –ci illərdə Ümumi tarix kafedrasının müdiri vəzifəsində işləmişdır. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə qazandığı müvəffəqiyyətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bir neçə kitabın, yüzlərlə məqalənin müəllifi dosent Səyyad Mirzəyev bir neçə Beynəlxalq konfransda iştirak etmiş və maraqlı tədqiqatını təqdim etmişdir. O tələbə kollektivinin hörmətini qazanmış gözəl müəllim idi.
Gəncə Dövlət Universitetinin kollektivi mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir və qohumlarına “başınız sağ olsun” deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.