“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir.

Aprelin 11-də Nizami Kino Mərkəzində təşkil olunan növbəti müzakirədə Konsepsiyanın hazırlanması ilə əlaqədar yaradılmış, tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu ilə yanaşı Konsepsiya ilə bağlı təkliflərini təqdim etmiş, ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələri və bu sahədəki ictimai təşkilatların nümayəndələri də iştirak etmişdir.

Toplantıda Azərbaycanda kino sahəsindəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.