Azərbaycan gəncliyinə verilən dəyər

Bu gün gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycanın bu günkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir.

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan Fərman hər bir Azərbaycan gənci kimi məni də sevindirdi. Bu Fərman möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Bu nümunə gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında da öz əksini tapmışdır. Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq  “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799; 2018, № 5, maddə 951) aşağıdakı dəyişikliklərin edilməsi qərara alınmışdır.

Bu fərmana əsasən  elm və tehsil sahələri üzrə – 2 mükafat, mədəniyyət sahəsi üzrə – 2 mükafat, ictimai və sosial yönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat, gənclər siyasəti və gənclər ilə iş sahəsi üzrə – 2 mükafat, innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat nəzərdə tutulmuşdur.

Bütün bunlar bir daha onu göstərir ki, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət gənclər siyasəti hal-hazırda dövlət başçımız möhtərəm  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yaşasın Azərbaycan gəncliyinə dəyər verən Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev!!!

Ruslan Vəliyev, ADAU-nun 4-cü kurs tələbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.