Etmtv. news xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla ADAU-nun yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14.245.000 manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.
Bu münasibətlə ADAU-nun rektoru, prof. İbrahim Cəfərov özünün facebook səhifəsində dövlətimizin başçısına rəhbərlik etdiyi təhsil ocağının kollektivi adından öz dərin minnətdarlığını bildirmişdir. Yazını olduğu kimi diqqətinizə çatdırırıq.
“Əziz dostlar, tələbələr, valideynlər, professor-müəllim heyəti, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqinda Sərəncam imzalamış və bu Sərəncama əsasən korpusun tikintisi və və avadanlıqlarla təchizatı üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılmışdır. Bəli, aqrar universitet olaraq qürurlu günümüzdür, qürurumuz, şərəfimiz möhtərəm cənab Prezidentdir, bizim Prezidentimiz qurucudur, yaradıcıdır, O, bütün ölkəmizi yenidən qurur, ölkəmiz bütövlükdə gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, stabil diyarlarından birinə çevrilir. Bu konteksdə aqrar universitetin inkişafı bir nümunədir, təkcə 2016-2017-ci illərdə universitetimiz üçün 2 yeddi mərtəbəli hər birində 514 tələbənin yaşadığı tələbə evlərinin tikintisi və istifadəyə verilməsi ölkə rəhbərinin aqrar gəncliyə ən böyük töhfəsidir, xoşbəxtlik ondadır ki, hər iki tələbə evinin açılışında çöhtərəm cənab Prezident iştirak edərək qırmızı lenti kəsmişdir.Bu il yeni bir texniki peşə məktəbinin də tikintisi üçün vəsait ayrılmışdır.Son illər dövlət rəhbərinin göstərişlərinə uyğun müasir bir universitetin qurulması faktdir, bu gün aqrar universitet nəinki MDB məkanında, eləcə də Şərqi Avropada bütün mənalarda irəlidə gedən universitetlərdən biridir, daha çox isə birincisidir. Bütün bu uğurlarda minnətdarlığın tək ünvanı möhtərəm cənab Prezidentdir. Məhz xalqimiz Onu istəyir, Onu sevir, özünün və dövlətinin taleyini Ona etibar etmişdir. Biz hələ çox onilliklər cənab Prezidentin rəhbərliyi altında yeni Azərbaycan quruculuğunu davam etdirəcəyik. Min yaşa, möhtərəm cənab Prezident, xalqımız və ölkəmiz naminə Allah Sizi qorusun!!!”
İbrahim Cəfərov, ADAU-nun rektoru, professor.