Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qrinviç” Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən, Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü il dönümünə həsr olunmuş “Azərbaycan Cumhuriyyəti 100 ilində” İntellektual Yarışının Gəncə Gənclər Evində qaliblərin təltif olunması mərasimi keçirilib. Tədbirdə Birliyin sədri Nigar Ələsgərova çıxış edərək intellektual yarışın keçirilməsinin dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət etdiyini bildirib. Sonra gənclərin təşəbbüsü ilə çəkilən, cumhuriyyət tarixinə həsr olunmuş video çarx izlənib. Daha sonra Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək gənclərə cumhuriyyət varisləri olaraq üzərlərinə çox böyük məsuliyyət düşdüyünü və öz üzərlərində daha yaxşı çalışmalı olduqlarını bildirib. “Odlar Yurdu” GİB-in aktiv fəaliyyətini yüksək qiymətləndirdiyini və gənclərin inkişafında müstəsna xidmətlərini vurğulayıb. Tədbir qalib komanda üzvlərinə şəhadətnamələrin təqdim olunması ilə davam edib.
19-21 dekabr tarixində Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrinin iştirakı ilə seçim mərhələsi keçirilib. Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Univeristeti, Gəncə Regional Kolleci və Musiqi Kollecinin hər birindən 10 komanda seçim mərhələsində yaşırıb və hər bir təhsil müəssisəsi üzrə qalib komandalar müəyyən edilib. İntellektual yarışın keçirilməsi dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edirdi.
Ruslan Vəliyev, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin Baş Katibi.