Aynur Abbasovadan şeir payı-“Bu dünya namərdlik edir”

“Bu dünya namərdlik edir”

Sözə deyər verən yoxdur.

Yalanlar baş alıb gedir.

Kimə inanım ki, indi

Bu dünya namərdlik edir.

  …..

Namərd atar səni oda,

Doğma satar səni yada.

Yıxılanlar düşməz yada,

Bu dünya namərdlik edir.

 …..

Mərdindən çox namərdi var.

Könlüm olubdur tari- mar,

Can evimdən də vurdular,

Bu dünya namərdlik edir.

    …..

Dost bildiyim tələ qurdu,

Ürəyimdən yaman vurdu.

Xəyanətlər məni yordu,

Bu dünya namərdlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.