Avropa Vətəni satanların göz yaşlarına inanmır…

… Azərbaycandan qaçıb Almaniyaya və digər ölkələrə gizlənmiş “siyasi mühacir” adlandırılan xəyanətkarların ifşa olunaraq geri qovulması bir daha Vətəni satan insanlara Avropada da yer olmadığını göstərdi. Vaxtilə fırıldaqçı çəxslərin köməyilə Almaniyaya getməyə müvəffəq olan bu şəxslər sığınacaq aldıqdan sonra bütün mənəvi dəyərləri tapdalayaraq Vətənə və dövlətə xəyanət etdilər. Ölkəni dağıtmağa çağırışlar edən antimilli qüvvələrin əlində oyuncağa çevrildilər. Azərbaycanda olanda quzu balası kimi lal olan, Avropaya gedəndən sonra “pələngə” dönən bu “qoçaqlar” 3-4 nəfərlik avantürüstlə guya demokratiya və insan haqlarının müdafiəçisinə çevrildilər, qışqır-bağır saldılar. Anlamadılar ki, onlar kimlərinsə müəyyən müddətdə oyunlarının alətdirlər, vasitədirlər.
… Azərbaycanın düşməni olan ermənilərlə bir məclisdə yer almaqdan utanmayan bu xəyanətkarlar anlamadılar ki, onlara pul verən qüvvələrin etibarı istifadə müddəti bitənədəkdir. Heç olmasa Avropada yaşayan vətənpərvər soydaşlarımızdan nümunə götürə bilərdilər, səhv yoldan geri qayıda bilərdilər. Onu da bacarmadılar.
… Avropaya işləməyə, biznes qurmağa, elm öyrənməyə gedən onlarla həmvətəlimiz var, onlar harda yaşamağından asılı olmayaraq Vətənin, Azərbaycanın adını uca tutur, öz məqsədlərinə nail olmaq üçün əziyyət çəksələr də, əqidəlini, milli heysiyyatını unutmurlar. Onlar üçün Vətən hər şeydən ucadır. … Ancaq müxtəlif dələduzların toruna düşən bu “mühacirlər” işləmək istəmədən, əziyyət çəkmədən rahat yaşamaq üçün ən çirkin nanəcib yolu seçirlər. Bir qarın çörək naminə Azərbaycan dövlətinin adına qarayaxma kampaniyasına qoşuldular, Vətəni deyil, özlərini hörmətdən saldılar. Unutdular ki, bu Yolun sonu qaranlıqdır, bu yolun Sonu utancdır.
… Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların əlaltıları olan bu adamlar özləri ilə bərabər, məncub olduqları partiyaların rəhbərləri də özlərini ifşa etdilər.
… Almaniya cəmiyyəti və Azərbaycan xalqı dağıdıcı müxalifətin mühacir al-verinin də şahidi oldu. Müxalifətin “mühacir”lərdən həm biznes məqsədilə pul qazanmaq, həm də xaricdə bu zavallı insanların dili ilə hakimiyyəti söydürmək kimi iyrənc planlarını da gördü. Mühacir alveri ilə məşğul olan AXCP və Müsavatın “siyasi mühacir” biznesi bumeranq kimi qayıdıb özlərinə ağır zərbə vurdu.
… Avropada küncdə-bucaqda gizlənərək Azərbaycan haqqında iftira və böhtan yayan, şər maşınının alətinə çevrilən bu cür antimilli ünsürlər, soysuzlar bununla da rahatlıq tapa bilmzələr, onlar hədyanlarına görə, xalq qarşısında cavab verməli olacaqlar.
… Allahın Rəsulu Peyğəmbərimiz Həzrəti Muhəmməd deyirdi ki, Vətən sevgisi imandan gəlir. İmanı olmayanın Vətəni olmur, qürbətdə yaşasa belə yaşamaq üçün onlara yer yoxdur.

Vaqif Abdullayev adlı şəxsin şəkli.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.