Avropa çempionatında iki mükafata layiq görülən gəncəli idmançı coşğu ilə qarşılanıb

Avropa çempionatında iki mükafata layiq görülən gəncəli idmançı coşğu ilə qarşılanıb.
Nizami yurdunun yetirməsi Rauf Əliyev Beynəlxalq Fitnes və Bodibildinq Fedarasiyasının təşkilatçılığı ilə İspaniyanın Santa Susanna şəhərində keçirilən fitnes və bodibildinq üzrə Avropa çempionatında I yerə layiq görülüb. Bu gün Vətənə qayıdan Rauf Əliyev Heydər Əliyev Park-Kompleksində yerləşən “Zəfər Tağı”nın önündə çoşğu ilə qarşılanıb.
Qarşılanma mərasimində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idarənin kollektivi və şəhərin idman ictimaiyyəti iştirak ediblər. Onlar Rauf Əliyevi əldıə etdiyi nəticəyə görə təbrik edib, uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.