Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri Gürcüstanın paytaxtı Tiflisdən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçirib.
Etmtv. news xəbər verir ki, Tiflis hava limanından son iki Rusiya aviaşirkətlərinə məxsus təyyarə dünən yerli vaxtla 19:00 və 19:55-də uçub.
Qeyd edək ki, iki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Qərar Prezident Vladimir Putinin fərmanı ilə tətbiq edilmiş qadağa çərçivəsində qəbul edilib.