Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün iftar süfrəsi açılıb.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov deyib ki, Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Sonra ADAU əməkdaşları – Hacı Bəhmən Əliyev və Hacı Firuddin Qurbanov çıxış edərək Ramazan ayının fəzilətləri barədə danışıb, dualar ediblər.
Onu da qeyd edək ki, aprel ayının 4-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin tələbələri üçün də iftar süfrəsi açılıb.
1 və 2 saylı Tələbə evində təşkil olunan iftar süfrəsində iştirak edən ADAU-nun rektoru Zəfər Qurbanov tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.