Aqrar sahədə işləyə bilən ixtisaslı kadrlar yetişir

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində mükəmməl, bazar rəqabətli kadr hazırlığı üçün hər şərait var və bu şəraitdən bəhrələnən tələbələr artıq  seçdiyi ixtisasın tam sahibinə çevrilir.

Çinarə Nəsibova da belə tələbələrdən biridir. O, 2008-ci ildə ADAU-nun İqtisadiyyat fakültəsinə qəbul olunub və 2012-ci ildə bitirib. Həmin il də magistraturaya qəbul edilib və hazırda doktoranturanın 4-cü ilindədir. Təhsil pillələrində uğurla irəliləyən, yüksək nəticələr əldə edən Çinarə 2018-ci ilin may ayında ADAU ilə Almaniya arasında bağlanan müqavilə əsasında Praax təcrübə proqramının tələblərinə uyğun Almaniyaya göndərilib, 6 ay təcrübə keçib.  Onu daha 6 ay  bu təsərrüfatda saxlayıblar. Təbii ki, işinin öhdəsindən layiqincə gəldiyinə görə.  Elə bu səbəbdən də onu burada istixana təsərrüfatına lider seçiblər. Azərbaycanlı, ADAU-nun yeturməsi Çinarə Nəsibova xeyli vaxtdır sıradan təcrübəçi kimi deyil, lider olaraq çalışır.

Onun vəfizəsinə Priva Climate Control (istixanaların elektron idarə edilməsi), daimi becərmə yolu ilə istixana əkinlərinin idarəsi, onun tabeliyində olan və mövsümi işçilərə rəhbərlik, istixanaların ümumi nəzarəti, bitki mühafizəsi və monitorinq, məhsulları müştərilərə satmaqla razılaşma,  istixana üçün əkinçilik planının yaradılması daxildir. Eyni zamanda iş proseslərinin nəzarətinə, daxili logistika proseslərinə, həmçinin iş zalı və istixanaların təmizliyinə də  məsuliyyət daşıyır.

Qablaşdırma materialının sifariş edilməsinə  nəzarət, mövcud fondun idarə edilməsi və yığılan məhsulların mümkün olduğu qədər ən sürətli formada satışının təşkili, işçilər və satış məhsulları ilə həyata keçirilən işlərin keyfiyyətinə nəzarət də məhz bu gənc kadra tapşırılıb.

Bu qısa, lakin dəyərcə zəgin  məlumatdan sonra inamla demək olar ki,  ADAU indi kadr hazırlığı sahəsində daha qətiyyətli addımlar atır, ünvanına xoş sözlər gətirən tələbələri ilə qürur duyur.

Qalib Rəhimli,  ADAU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.