Aqil Abbas: “Teatr direktorları özünü ağa kimi aparır”

“Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər”.

Etmtv.news APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə keçirilən iclasda deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, sənətkarın yaşı olmur: “Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar yaradıcı adamdır. Aktyor da eləcə. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqalarından söhbət gedir. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir. Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir, onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub, o halda onlara deyərdik ki, oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.