Anar Burcəliyevin sakinlərlə görüşü davam edir

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Anar Burcəliyevin sakinlərlə görüşü davam edir.

Ruh yüksəkliyi ilə keçən hər bir görüşlərdə Anar Burcəliyev seçicilərə Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, bu siyasətin əsas qolu olan respublikada gəncləşmə siyasətinin uğurla həyata keçirildiyindən eləcə də 2020-ci ili Gənclər ili olaraq elan edilməsindən, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatların uğurla davamından söhbət acılıb.

Görüş çərçivəsində Anar Burcəliyev seçiciləri narahat edən problemlərlə bağlı onları maraqlandıran sualları cavablandırıb və etimad göstəriləçəyi təqdirdə bu məsələlərin həlli istiqamətində hər bir seçicinin yanında olmaqla, məsələlərin həllinə çalışacağını bildirib.

3 Comments on “Anar Burcəliyevin sakinlərlə görüşü davam edir”

  1. Şəhərimizin mədəniyyət və incəsənət işlərində böyük zəhməti olan Anar Burcəliyev, əhaliynən tez – tez görüşlər keçirir. Əhalinin problemləriylə maraqlanır, onların həllində müvafiq orqanlara müraciyyətdə əhaliyə yaxından kömək edir. Anar Burcəliyevi Gəncəlilər dəstək olarsa, gələcək seçimini düzgün etmiş olar. Allah sizə kömək olsun Anar müəllim !

  2. Bu gün biz gənclilərə yanımızda olmağı bacaran və problemlərimiz olduqda yardım etməyi bacaran və sözümüzü Milli Məclisdə cəsarətlə deməyi bacaran deputatlara ehtiyac var. Bu vaxta kimi seçilən yox təyin olunan deputatlar bizə nə verib ? Heç nə. İsti otaqlarda ancaq gizlənməklə məşğul olublar. Biz Anar Burcəliyev kimi ləyaqətli və öz seçicisinin yanında olmağı bacaran bir namizədi dəstəkləyir və Anar Burcəliyevə səs verəcəyik. Uğur olsun.

  3. Bu gün Gəncəmizi və bizi layiqincə təmsil edəcək tək namizəd Anar Məmməd oğlu Burcəliyevdir. Necə illər idi ki, şəkərli diabet və onkoloji xəstəlikdən əziyyət çəkirəm. Dərdimizi, problemimizi deməyə bir adam tapmırdıq. Nizami rayonundan olan ötən keçmiş deputatlarımızın dəfələrlə görüşmək istəsək də qəbulların belə düşə bilməmişik. Ancaq namizəd olaraq Anar Burcəliyev ilə olan görüşdə problemimizi dedik və iki gün ərzində problem reallıqla həllini tapdı. Ona görə də xalqının dərdinə şərik olmağı bacaran
    real namizəd olaraq Anar Burcəliyevə səs verəcək və bütün Gəncəliləri də Nizami rayon ərazisindən yalnız namizədimiz Anar Burcəliyevə səs verməyə çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.