Teatrşünas-tənqidçi Anar Burcəliyevin deputatlığa namizədliyi qeydə alınıb. Etmtv. news xəbər verir ki, o, mandat uğrunda 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsində yarışacaq.
Xatırladaq ki, Anar Məmməd oğlu Burcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, Respublikada dərc olunan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləçə də müsahibələrin, həmçinin, doqquz kitabın müəllifidir.
Anar Burcəliyev 2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı və 2017-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. A. Burcəliyev C. Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə 1992-ci ildə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb. 30 iyun 2008-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub.