Musiqi ana laylası ilə həyatımıza daxil olur və həmişə bizimlə yaşayır. Biz hələ dil açmamış geniş dünyanı görməmiş, sonsuz həvəslə ahəngdar səsləri dinləyirik. Çünki, bu səslər bizim üçün böyük və naməlum bir aləmlə, ilk ünsiyyət vasitəsi, insanlar arasında salınmış ilk körpüdür. Ana laylası ilə həyatımıza daxil olan musiqinin bütün incəliklərini uşaqlara öyrətmək musiqi məktəbində çalışan müəllimlərin üzərinə düşür.
F.Əmirov adını daşıyan Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri bəstəkarın adına layiq olaraq çalışırlar. Buna illər ərzində əldə edilən nailiyyətlər, mükafatlar, təltiflər də şahidlik edir. Məktəbin tərkib hissəsi kimi Nəzəriyyə şöbəsi bu gün də işini günün tələbləri səviyyəsində qurur, işi ilə milli mədəniyyətimizə layiqincə xidmət etməyə çalışır. Məktəbin yarandığı ilk gündən Nəzəriyyə Şöbəsi öz işini layiqincə yerinə yetirib.
Bu işin özünəməxsus özəllikləri, musiqi təhsili və təlimi sistemində öz xüsusi çəkisi və yeri vardır. İstənilən Musiqi məktəbində bu şöbə musiqi təhsilinin keyfiyyətlə, qüsursuz aparılması üçün vacib rollardan birini daşımaqdadır. Gəncə şəhər 1 saylı Musiqi Məktəbin Nəzəriyyə şöbəsində çalışan müəllimlər tək musiqinin nəzəriyyəsi və Azərbaycan bəstəkarlarının yaradıcılığı deyil, eyni zamanda xarici və rus bəstəkarlarının yaradıcılığı ilə və eləcə də. onların yazdıqları məşhur əsərlərlə uşaqları tanış edirlər.
Məktəbin kollektivi musiqi məktəbləri sırasında həmişə öncül olub, məktəbdə, eləcə də şəhər səviyyəli bütün tədbirlərdə fəal, aktiv iştirak etməklə, özünə gözəl imic qazanıb. Şagirdlərinin uğurlarla dolu sədası müxtəlif müsabiqə və konkurslardan gəlir. Bu, məktəbdə artıq, bir ənənədir. Bu istedadlı uşaqlar musiqi sahəsində gələcəyin bacarıqlı və tanınmış simaları olacaqdır. İnanırıq ki, məktəbin müəllimləri bundan sonra da bütün gücünü uşaqlara bilik verməyə, bacarıqlı musiqiçi kimi yetişməsinə həsr edəcəkdir.
Etmtv. news F. Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi Məhrubə Məmmədovanın təqdimatında milli mədəniyyətimiz olan muğam sənəti haqqında onlayn dərsi təqdim edir.
Onlayn dərs öz məzmun və formasının zənginliyi ilə digər musiqi müəllimləri üçün nümunəvi dərs sayıla bilər.