Almaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gəncə şəhərinə səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində səfir Nizami Gəncəvi Məqbərə Kompleksində olub.
Səfir dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradılıcığı və zəngin irsi barədə ətraflı məlumat verilib.
Daha sonra Nizami Gəncəvi Muzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Şərq dünyası ədəbiyyatı” mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.