Akademik Musiqili Teatrın balaca aktrisası beynəlxalq layihədə

Latviya Respublikasının ölkəmizdəki səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və​ Norveç Krallığının Ankaradakı Səfirliyi “Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalınin davamı olaraq, gender bərabərliyi mövzusunda birgə hazırladığı “O” beynəlxalq layihəsini təqdim edib.

Festival çərçivəsində oktyabrın 30-da və noyabrın 3-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəmüasir Azərbaycan yazıçısı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balaca aktrisası Nuray Məmmədzadə bu tamaşada baş rolun ifaçısıdır.

Ölkəmizdəki gender problemlərinə toxunulan bu səhnə əsəri müxtəlif yaşlarda olan eyni qəhrəmanın –  yeniyetmə qız, gənc qız və qadının monoloqları üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru Tərlan Rəsulovdur.

“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Biz də Nuray Məmmədzadəyə uğurlar arzulayırıq!

Fəridə Aslanova ,
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.