“Ailənizin sağlamlığı sizin sığortanızdır!” – koronavirusla bağlı sosial layihə həyata keçirilir

“Günay Sığorta” ASC, “Sağlam Ailə” Tibb Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaşlarımıza dəstək məqsədilə “Ailənizin sağlamlığı sizin sığortanızdır!” adlı sosial layihənin icrasına başlanılıb. 

Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVİD-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi daşıyır.

Koronavirus infeksiyası əsasən, hava və damcı yolu ilə keçdiyi üçün ictimai məkanlarda olan zaman, xüsusilə də avtobus və metrodan istifadə etdikdən sonra əllər sabunla yuyulmalı və ya dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir, qoruyucu maskalardan istifadə olunmalıdır. Odur ki, “Günay Sığorta” ASC,  “Sağlam Ailə” Tibb Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra olunan layihə çərçivəsində paytaxtın müxtəlif nöqtələrində 1000 nəfərə yaxın vətəndaşa qoruyucu maska, dezinfeksiyaedici məhlul, salfet və maarifləndirici materiallar paylanılıb. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində regionlarda da cari fəaliyyət davam etdiriləcək.

Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyəti düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır.  Hər bir vətəndaş bu çağırışlara həssas yanaşmalıdır, çünki “Ailənizin sağlamlığı sizin sığortanızdır!”.

Ruslan Vəliyev, 
Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.