AİK könüllüləri Aqrar Universitetdə olublar

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Azmaş Lizinq MMC”, “Gəncə Avtomobil Zavodu” və Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “AgroİnnovateTech” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq klinikası, Patoloji Anatomiya muzeyi və Atçılıq Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya zamanı könüllülərə baytarlıq sahəsinin iş prinsipi, müalicə metodları, muzeylərdə sərgilənən müxtəlif eksponatlar və atçılıq mərkəzində at cinsləri, qidalanması və saxlanması haqqında geniş məlumat verilib.

Sonda layihə iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.