Ağdaş rayonunda “650 il əvvələ səyahət” adlı layihə keçiriləcək

Ağdaş rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ağdaş rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə “650 il əvvələ səyahət ” adlı layihə həyata keçiriləcək.

650 il əvvələ səyahət layihəsinin rəhbəri İsmayıl Ağayev bildirib ki, layihənin keçirilməsində məqsəd Nəsimi yaradıcılığını, poeziyasını geniş kütləyə çatdırmaq, gənclər arasında  Nəsimi yaradıcılığını təbliğ etmək və eyni zamanda region gənclərinin intellektual səviyyələrinin yüksədilməsi, gənclərin ədəbiyyata olan marağının artırılması layihənin əsas məqsədidir. Layihədə gənclər arasında Nəsimi yaradıcılığının təşviq edilməsi, eyni zamanda, intellektual bilik səviyyələrinin stimullaşdırılması, dünyagörüşlərinin artırılması, ədəbiyyata olan maraqlarının artırılması və gənclərin asudə vaxtının səmərli keçirilməsi, bilik yarışı vasitəsilə gənclər arasında rəqabətlilik prinsiplərinin aşılanması nəzərdə tutulub.

Qeyd edək ki, layihə 25.12.2019 – 25.04.2020 tarixlərində Ağdaş rayonunda həyata keçiriləcəkdir. Layihənin təqdim olunması məqsədilə Ağdaş rayonunda təqdimatlar həyata keçiriləcək. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

Layihəyə 18-29 yaş arasında olan hər bir gənc qoşula bilər.

Qeydiyyat linkini sizlər üçün təqdim edirik. https://forms.gle/MJTVvncnj2MmLbTJ6

İsmayıl Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.