Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belarus Respublikasının Mogilyev Dövlət Ərzaq Universitetinə səfəri çərçivəsində adıçəkilən təhsil müəssisəsinin rektoru Maksim Kirkorla əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın prioritet istiqamətlərini, o cümlədən müəllim və tələbələrin mobilliyini, tədris-metodiki işləri, ixtisasartırma, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələrini əhatə edir.
Universitetin müvafiq kafedralarının müdirləri və əməkdaşları ilə görüşlərdə kafedralararası əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub. Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərdə ölkəmiz, Gəncə şəhəri, ADAU-da təhsil imkanları haqqında söhbətlər aparılıb.