ADAU tələbələri üçün şad xəbər: Sloveniyada təhsil imkanları

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) intensiv əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələrindən biri Sloveniyanın Nova Qoritsa Univeristetidir. Universitetlərarası əməkdaşlıq və Erasmus+ proqramı çəçrivəsində ADAU-nun 6 müəllimi qeyd olunan universitetdə təcrübə keçmiş, 5 tələbə təhsilini davam etdirmişdir. 15 sentyabr 2017-ci il tarixində universitetlər arasında doktorantura səviyyəsində dissertasiya işlərinə birgə rəhbərlik və ikili diplomun verilməsi barədə anlaşma memorandumu imzalanmışdır. Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko ADAU-ya mütəmadi olaraq səfərlər etməklə mühazirələr söyləyir, konfranslarda iştirak edir.
Universitetin digər əməkdaşı, professor İvana Branka 2018-ci ilin may ayında universitetə səfər etmiş, bir həftə müddətində şərabçılıq sahəsi üzrə mühazirələr söyləməklə yanaşı bakalavriat səviyyəsində “şərabçılıq” ixtisasının tədris planını üzərində işləmişdir.
Bu əlaqələrin növbəti mərhələsi olaraq, 2019-cu ilin oktyabr ayının 1-dən ADAU-nun “aqronomluq” və “baytarlıq” ixtisasları üzrə 16 tələbəsinin öz təhsillərini Nova Qoritsa Univeritetində davam etdirmək barədə layihə elan olunmuşdur.
Tələbələr proqram çərçivəsində 800 avro məbləğində aylıq təqaüd və səfər xərcləri ilə təmin olunacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.