Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin Menecment ixtisasının 4-cü kurs tələbəsi Valeh Əsədov Pakistanın Lahor şəhərində keçiriləcək “İnternational Student Week in Pakistan 2019” layihəsinə vəsiqə qazanıb.
27 oktyabr – 3 noyabr tarixləri arasında keçiriləcək layihədə iştirak üçün 110 ölkədən müraciət edən 1500 nəfər tələbədən 250 nəfər tələbə seçilib.
“İnternational Student Week in Pakistan 2019” layihəsinin məqsədi dünyanın bir çox ölkələrindən olan tələbələrin Pakistanın və müxtəlif ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmaq və qlobal problemlərin müzakirəsini aparmaqdır.
Qeyd edək ki, layihədə Azərbaycandan iştirak üçün yalnız ADAU-nun tələbəsi Valeh Əsədov haqq qazanıb.