Tələbələr “Yaylaq Könüllü Düşərgəsində”

Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və ADAU-nun tərəfdaşlığı ilə aqrar sahəyə marağın artırılması və bu sahədə ixtisaslaşmış kadr potensialının inkişafına dəstək məqsədilə keçirilən “Yaylaq Könüllü Düşərgəsi” 29 iyul-2 avqust tarixində baş tutmuşdur. Layihə 4 gecə 5 gün ərzində Gəncə, Göygöl, Goranboy, Şəmkir regionlarında davam etmişdir. Düşərgənin məqsədi gəncləri aqrar sahə ilə tanış etmək, aqrar sahəyə yeni düşüncə tərzi gətirmək, bu sahədə biliklərin və araşdırma qabiliyyətlərinin artırılması, aqrar təhsilinin təbliği, səfər ediləcək regionlarda müasir təsərrüfat müəssisələrilə tanış etməkdir.

Qeyd edək ki, layihə ərzində iştirakçılar, debat-simulyasiya, video-çarxların hazırlanması kimi fəaliyyətlərdə, habelə “Aqrar Marketinq və Kənd Təsərrüfatı haqqında fundamental biliklər”, “Heyvandarlıq” və digər əlaqəli beynəlxalq məlumatlı mövzularında təlimlərdə iştirak etmiş, aqroparklara və tarixi məkanlara səfərlər etmişlər.

Orxan Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq Fakultəsinin 2-ci kurs tələbəsi, Aqrar İnkişaf Könüllüsü.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.