ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində iştirak etdiyi təcrübə proqramını uğurla başa vurdu

ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində iştirak etdiyi təcrübə proqramını uğurla başa vurdu.

Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edirdi.
Bir ay davam edən təcrübə proqramı çərçivəsində ADAU-nun Aqrar İnkişaf Könüllüləri – Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, Assosiasiyalar və Koopertivlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, İnsan resurslarının idarə edilməsi, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçdilər.
Təcrübə proqramının əsas məqsədi tələbələri Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də sənədlərin düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqları formalaşdırmaq idi.
Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara verilən növbəti dövlət dəstəyinin bariz nümunəsidir.

 Ruslan Vəliyev, ADAU-nun 4-cü kurs tələbəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədr-müavini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.