ADAU-nun rektoru qiyabi təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb

ADAU-nun rektoru qiyabi təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bakalavriat səviyyəsi qiyabi təhsil forması üzrə təhsil alan 1-ci kurs tələbələrlə növbəti dəfə görüşüb. Görüşdə tələbələrin təhsili, tələbə evlərində yaşayış, beynəxalq mübadilə proqramlarında iştirak kimi məsələlər müzakirə olunub, tələbələrin sualları cavablandırılıb, təklifləri dinlənilib. Daim tələbələrin yanında olduğunu qeyd edən rektor əyani təhsil formasında olduğu kimi, qiyabi təhsil alan tələbələri də həmişə dinləməyə hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.