ADAU-nun rektoru Mogilyev Dövlət Ərzaq Universitetində mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belarus Respublikasının Mogilev Dövlət Ərzaq Universitetinin dəvəti ilə qeyd olunan təhsil müəssisəsində işgüzar səfərdədir.

Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması, beynəlxalq səviyyəli layihələrdə iştirak, o cümlədən Horizon 2020-də partnyorluq, professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələlərini müzakirə etməkdir.

Universitetin rektoru Maksim Kirkorla görüşən İ. Cəfərov  ADAU-nun timsalında aqrar təhsilə dövlət dəstəyi barədə danışıb, əməkdaşlığın perspektiv istiqamətlərini qeyd edib.

Rektor M.Kirkor ADAU ilə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyini və bu istiqamətdə görüləcək işlərin əhəmiyyətini bildirib.

Səfər çərçivəsində rektor İ.Cəfərov “Mikrofiloranın bitki mənşəli ərzaq məhsullarının saxlanması və keyfiyyətinə təsiri” mövzusu ilə universitetin müəllimləri və tələbələri qarşısında çıxış edib, onların suallarını cavabıandırıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.