Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlərə “ustad dərsi” keçib.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, ADAU-nun professoru Azad Bayramov, dosent Sevda Abdullayeva, dosent Sevda Qasımova və baş müəllim Azər Axundov 18 oktyabr “Milli Müstəqillik Günü” münasibətilə “Müstəqilliyin uzun yolu” mövzusunda şagirdlərə məlumat verib.
Qeyd edək ki, belə dərslərin keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Sonda orta məktəb şagirdlərinin sualları cavablandırılıb, onlar bu cür dərslərin tez-tez keçirilməsi barədə istək və arzularını bildiriblər.