ADAU-nun gənc alimlərinin məqalələri beynəlxalq nüfuzlu elmi jurnalda dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) doktorantı Ceyhun Əliyevin və 1-ci kurs magistrantı Mahnur Ələkbərovanınhəmmüəllifliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkətinin “Web of Science” elmi platformasında Q1 kateqoriyalı “BMC VETERINARY RESEARCH” jurnalında məqalələri dərc olunub.

Ceyhun Əliyev ADAU-nun “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiya ilə mikologiyası və immunologiyası” ixtisası üzrə doktorantı və Mahnur Ələkbərova isə Zoomühəndislik fakültəsinin “Quşçuluq” ixtisaslaşması üzrə 1-ci kurs magistrantı olaraq təhsil alırlar.

Əldə etdikləri bu nəaliyyət üçün həm Ceyhun bəyi həm də Mahnur xanımı Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi adından təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Məqalə ilə tanış olmaq istəyənlə aşağıdakı linkə daxil ola bilərlər:

https://bmcvetres.biomedcentral.com/articles/10.1186/s12917-022-03155-1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.