ADAU-nun alimləri bu dəfə Tovuzda təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə başa çatdırmaq məqsədi ilə təlim keçiblər.

Təlimdə rayonun müxtəlif kəndlərində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan 15-dən artıq təsərrüfat sahibi iştirak edib. Əvvəlcə iştirakçılara təlimin məqsədi barədə məlumat verilib. Bildirilib ki, Universitetin əməkdaşları vaxtaşırı rayonlarda fermerlərlə görüşür, təsərrüfat sahiblərinin əkinçiliklə bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində  marifləndirici söhbətlər aparırlar.

Çıxış edən torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov fermerlərə torpağın gübrələnməsinin əhəmiyyətini və bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyindən bəhs edib.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Elxan Allahverdiyev payızlıq əkinlərə qulluq və yazlıq bitkilərin səpininin optimal müddətdə başa çatdırılmasından, bitkiçilik və bitki mühafizəsi kafedrasının assistentləri Turanə Məmmədova və Enurə Mustafayeva dənli taxıl bitkilərinin xəstəlik və zərərvericiləri haqqında məlumat verərək, onlara qarşı aparılan mübarizə tədbirləri barəsində məsləhətlər veriblər.

Təlim qarşılıqlı diskusiya şəkilində davam edib. Fermerləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.