Bir neçə ildir “Azərbaycan Dövlət Aqar Universitetini tanıdaq” layihəsi uğurla həyata keçirilir. Bu layihə hansı zərurətdən yaranıb və məqsəd nədir?
İlk olaraq deyim ki, region məktəblərində şagirdlərin aqrar təhsilə marağının artırılması üçün layihə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Aqrar Universitetinin təhsil imkanları, o cümlədən tədrisin maddi-texniki bazası, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsi layihənin əsas istiqamətidir.Bu məqsədlə Gəncə şəhəri və ətraf rayonların buraxılış sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında universitetə ekskursiyalarının təşkili də deyilən məqsədə xidmət edir. Şagirdlər universitetin yeni tələbə evləri, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanalar, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, tədris-təcrübə təsərrüfatı, heyvandarlıq kompleksi maşın-traktor parkı, pataloji anatomiya, anatomiya muzeyi, əsaslı və elektron kitabxana, idman zalları, eləcə də digər obyektləri ilə yaxından tanış olur. Bu da Gəncə və ətraf rayonların məktəblərinin buraxılış siniflərində oxuyan şagirdlərlə universitet arasında tanıtım münasibətlərini daha yüksək səviyyəyə çatdırır. Ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin parallel aparılması haqqında zəngin təəssürat yaradır, orta məktəb və universitet arasında əməkdaşlığı genişləndirir. Odur ki, orta məktəb şagirdləri peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında olur, təhsil müəssisəsi haqqında geniş məlumat əldə edirlər. OnlaraUniversitetintarixi, mövcudixtisaslar, texnikitəchizathaqqındaətraflıməlumatlarverilir.Universitetdəkeyfiyyətlitəhsilüçünyaradılanənmüasirşəraithaqqındahərbirşagirdgenişformadabilgiləndirilir.Bu ekskursiyalar orta təhsilin son pilləsində olan şagirdlərin ixtisas seçimində müəyyənlik əldə etməsinə də imkan yaradır, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi olacağı qənaətini formalaşdırır.
Layihənin daha geniş miqyaslı olması üçün isə universitetin alimləri, aidiyyatı strukturun işçiləri regionlara səfər edir, rayon ictimaiyyətinin nümayəndələri və yuxarı sinif şagirdləri ilə görüşür və ətraflı məlumatlar verirlər.
Artıq bu tədris ilinin başlanğıcında da layihənin bu hissəsinə yenidən start verilib. Layihə çərçivəsində ilk səfər Oğuz rayonuna olub.Rayon məktəbliləri ilə səmimi görüş keçirilib.
Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov, təhsil idarəsinin müdiri, DAİM sədri, məktəb direktorları, müəllimlər, valideynlər, fermerlər və 250 nəfərdən artıq şagird iştirak etd. Universitet barədə video çarxlar nümayiş etdirilib.
Rektor İbrahim Cəfərov universitetin tarixi və bu günü barədə ətraflı məlumat verib, Prezidentin diqqəti nəticəsində universitetin uğurlarından danışıb. Eyni zamanda Kənd Təsərrüfatı nazirliyinin kadr hazırliğına dəstəyi və diqqəti ilə bağlı fikirlərini sələndirib. Şagirdlərin çoxsaylı suallarını cavablandırıb. Rektor sonda bildirib ki, bu gün möhtərəm cənab Prezidentin apardığı uğurlu daxili siyasətin nəticəsində bölgələrimiz yüksək sürətlə inkişaf edir və mən Oğuz rayonunun timsalında mükəmməl, təmiz, səliqəli, gözəl, tam kommunikasiyalı bir şəhər gördüm.
Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov isə tədbir iştirakçılarına bildirib ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Daha böyük uğurlara imza atmaq üçün keyfiyyətli və bacarıqlı kadrlara ehtiyacımız var və təbii ki, bu ehtiyacı da məhz ADAU ödəyəcək.
ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir.
Bu qısa açıqlamadan sonra demək yerinə düşər ki, ADAU özünü tanıtmaq, mövcud durumu ictimaiyyətə tam çatdırmaq üçün dəyərli və real işlər görür. Universitet rəhbərliyi ötən illərdə olduğu kimi yenə rayonlara səfərini davam etdirəcək, təhsil müəssisənin imkanlarını tam mənasında respublika əhalisinə çatdıracaqdır.
Qalib Rəhimli,
ADAU.