ADAU ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə İsrailin Azərbaycandakı səfirliyi arasında onlayn görüş keçirilib.

Görüşün məqsədi ADAU iləİsrailin nüfuzlu tədqiqat institutlari və tanınmış universitetləri arasında əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri olub.

İsrail səfirinin müavini Doron Pe’er görüşdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq sahəsində maraqlı olduqlarını ifadə edib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Aqrar universitetlə əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib. Həmçinin,  ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğu bildirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.