Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik borcu olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr üçün yay semestrinin imtahanları keçirilir.
Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov imtahan prosesinin gedişini izləyərək tələbələrə uğurlar arzulayıb.